Ali Məhkəmənin 100 illiyi münasibətilə poçt markası dövriyyəyə buraxılıb

A- A A+

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan “Azərpoçt” MMC tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin 100 illik yubileyi münasibətilə poçt markası dövriyyəyə buraxılıb.

Nazirlikdən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, Ali Məhkəmənin təşəbbüsü ilə hazırlanmış buraxılış 10 markadan ibarət kiçik vərəq şəklində hazırlanıb. Poçt markası 10 min tirajla Belarusun Bobruysk şəhərində çap olunub.

Poçt markası ilə yanaşı, 200 ədəd Birinci gün zərfi də hazırlanaraq nəşr edilib.

Azərbaycan SSR Mərkəzi İcraiyyə Komitəsi “Azərbaycan SSR-in məhkəmə quruluşu haqqında” Əsasnamənin qüvvəyə minməsi barədə 1923-cü il 13 fevral tarixli qərar qəbul edib. Bu qərarda Azərbaycan Ali Məhkəməsinin 1923-cü il martın 1-dən fəaliyyətə başlaması müəyyən olunub. Azərbaycan Respublikası Ali Məhkəməsinin yaranması günü məhz fevralın 13-ü ilə bağlıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: