Bu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında 28,85 milyon kVt/s elektrik enerjisi istehsal edilib.
NUHÇIXAN İnformasiya Agentliyi Azərbaycan Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə Naxçıvan MR Dövlət Energetika Xidməti məlumat yayıb.
Bildirilir ki, bu, 2022-ci ilin yanvar ayı ilə müqayisədə 0,32 milyon kVt/s, yaxud 1,1 % azdır.
Qeyd edilən dövr ərzində Naxçıvanın İstilik Elektrik Stansiyalarında (İES) elektrik enerjisi istehsalı 1,29 milyon kVt/s və ya 5,54 % azalaraq 21,98 milyon kVt/s-a düşüb.
2023-cü ilin yanvarında muxtar respublikanın Su Elektrik Stansiyalarında (SES) elektrik enerjisi istehsalı 0,38 milıyon kVt/s, yaxud 13,29 % artaraq 3,24 milyon kVt/s-yə, Günəş Elektrik Stansiyalarında (GES) 0,59 milyon kVt/s və ya 19,41 % yüksələrək 3,63 milyon kVt/s-yə çatıb.
Qeyd edək ki, bu ilin yanvar ayı ərzində respublika üzrə elektrik enerjisinin istehsalı 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 195,9 milyon kVt/s, yəni 7,7 % artaraq 2 milyard 755,9 milyon kVt/s olub.