Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) cari il üçün gündəlik qlobal neft tələbatı ilə bağlı proqnozunu yüksəldib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında deyilir.
Hesabata görə, 2023-cü il qlobal gündəlik neft tələbatının 101,87 milyon barel səviyyəsində olacağı gözlənilir. Neft tələbatının artım tempi isə 2,32 milyon barel olacaq.
2022-ci ilin proqnozunda qlobal gündəlik neft tələbatı 99,55 milyon barel təşkil edib. Belə ki, ötən il neft tələbatının artım tempi 2,54 milyon barel səviyyəsində olub.