Naxçıvanda fermerlər üçün verilən kreditlərin faiz dərəcələri aşağı salınacaq

A- A A+

Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının prezidenti, eyni zamanda “Aqrarkredit” QSC-nin İdarə Heyətinin sədri Məmməd Musayev ilə Naxçıvanda kənd təsərrüfatı məhsulu istehsalının artırılması, bu sahədə yeni təsərrüfatların yaradılması, mövcud fermer təsərrüfatlarının fəaliyyətinin genişləndirilməsi məqsədilə müzakirələr aparıb.

Bu barədə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə məlumat verilib.

Bildirilib ki, Tapdıq Əliyev aqrar sahənin inkişafı üçün fermer və kənd təsərrüfatı məhsullarının istehsalı ilə məşğul olan sahibkarların güzəştli kreditlərə çıxış imkanlarının artırılmasının qarşıda duran vəzifələrdən biri olduğunu vurğulayıb.

Müzakirə zamanı “Aqrarkredit” QSC-nin Naxçıvan filialı tərəfindən verilən kreditlərin faiz dərəcələrinin aşağı salınması məsələsinə də toxunulub. Qeyd olunub ki, bu günə qədər filial tərəfindən verilən biznes və ticarət kreditləri 18-24 faiz dərəcəsi ilə verilirdisə, artıq 5000 manata qədər 10 faiz, 5000 manatdan yuxarı məbləğlər üçün isə 12 faizlə hesablanacaq. Eyni zamanda sahibkarlara dəstək məqsədilə cari ilin mart ayından etibarən Sahibkarlığın İnkişafı Fondunun vəsaiti hesabına kreditlərin də 5 faizlə veriləcəyi bildirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: