Şuşaya çəkilən yeni avtomobil yolu pullu olacaq.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Zəngilan rayonunun Ağalı kəndinə mediatur zamanı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov deyib.
Bildirib ki, Əhmədbəyli-Füzuli-Şuşa yolu sürət yolu, Şuşaya çəkilən Zəfər yolundan 20 kilometr qısadır. “Həmin yol pullu olacaq. Xarici turistlərin gələcəkdə Şuşaya axını çox olacaq. Ona görə də bu yolu ödənişli edəcəyik ki, yoldan yığılan vəsait yolun saxlanılmasında istifadə olunsun", - deyə İdarə Heyətinin sədri qeyd edib.