Ötən ilin dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitin bölgüsündə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılmış vəsait hesabına ümumi uzunluğu 2241,5 kilometr təşkil edən 19 avtomobil yolunun layihələndirilməsi və tikintisi, Laçın Beynəlxalq Hava Limanının tikintisi ilə əlaqədar qazma-partlatma və torpaq işlərinin yerinə yetirilməsi işləri davam etdirilib.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov işğaldan azad edilmiş ərazilərdə icra olunan yol infrastrukturu layihələri və 2022-ci ildə görülmüş işlərə dair Zəngilan rayonunda keçirdiyi brifinqdə bildirib.
O qeyd edib ki, bu layihələr içərisində önəmli yeri olan layihələrdən biri Şuşa şəhərinə aparan 2-ci avtomobil yoludur.