Azərbaycanın əsas hissəsini Naxçıvanla birləşdirəcək yol: işlər sürətlə gedir - VİDEO
AzTV işğaldan azad olunan ərazilərdə aparılan yol tikintisi ilə bağlı reportaj yayımlayıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, reportajda həmin ərazilərdə reallaşdırılan yol infrastrukturu, xüsusən də Zəngəzur dəhlizinin bir hissəsi - uzunluğu 123.8 kilometr olan Horadiz-Cəbrayıl-Zəngilan-Ağbənd avtomobil yolunun tikintisi haqqında məlumat verilir.
Qeyd edək ki, sözügedən yol Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikasını birləşdirəcək.