Orta Dəhlizin keçdiyi ölkələrin gömrük xidmətlərinin rəhbərlərinin iştirakı ilə konfrans keçiriləcək

A- A A+

Azərbaycanda Orta Dəhlizin keçdiyi ölkələrin gömrük xidmətlərinin rəhbərlərinin iştirakı ilə konfransın keçirilməsi nəzərdə tutulub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə məlumatı Dövlət Gömrük Komitəsinin sədr müavini İsmayıl Hüseynov verib.

"Rəqəmsal idarəetmə platforması və yeni iqtisadi təşəbbüslərin təqdimatı" mövzusundakı konfransda çıxış edən İ.Hüseynov bildirib ki, mart ayında keçiriləcək konfransda Orta Dəhliz vasitəsilə daşınan yüklərin tranzit prosedurlarının sadələşdirilməsi, unifikasiyası məsələləri və birgə atılacaq addımlar müzakirə olunacaq.

Onun sözlərinə görə, Orta Dəhlizdə iştirak edən ölkələrin məqsədi vahid konsepsiya və vahid sənəd vasitəsilə gömrük xidmətlərinin interaktiv portalı üzərindən dəhlizlə fasiləsiz tranzit axınını təmin etməkdən ibarətdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: