Şuşa şəhərinin relyef baxımından hündür nöqtələrində 2 ədəd mərkəzi anbarın tikintisinə də başlanılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında "Azərsu" ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı bildirib.
Onun sözlərinə görə, layihələndirmə zamanı əhalinin dayanıqlı içməli su təchizatının aparılması üçün şəhər 8 müxtəlif təzyiq zonasına bölünüb, bu zonalardan 6-sı özüaxımlı rejimdə, 2-si isə hidrofor nasoslarla su ilə təmin olunacaq.
Şöbə rəisi qeyd edib ki, növbəti mərhələdə şəhərdaxili içməli və tullantı su şəbəkələrinin tamamilə yenidən qurulması, tullantı sutəmizləyici qurğunun inşası nəzərdə tutulur.