London-İslamabad reysini yerinə yetirən təyyarə Bakı hava limanına təcili eniş edib

A- A A+

“Virgin Atlantic” aviaşirkətinin London-İslamabad reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna təcili eniş sorğusu göndərib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidməti məlumat yayıb.

Buna səbəb təyyarədə olan sərnişinin səhhətinin qəflətən pisləşməsi olub.

"Boeing 787-9" təyyarəsi yerli vaxtı ilə saat 07:37-də Bakı hava limanına uğurla eniş edib.

Qeyd edək ki, son 12 saat ərzində bu, Bakı hava limanına təcili eniş edən ikinci təyyarədir. Martın 2-də axşam saatlarında Banqkok-Amsterdam marşrutu üzrə hərəkət edən "Boeing 787” təyyarəsinin göyərtəsində sərnişinlərdən birinin səhhətinin pisləşməsi səbəbindən “EVA Air” aviaşirkəti, həmçinin Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: