“Naxçıvanbank” ASC nağd pul krediti üzrə sərfəli “Bahar fürsəti” kampaniyasına start verdi.
“Naxçıvanbank” ASC-dən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, bank nağd pul kreditini 11,9%-dən başlayan illik faiz dərəcəsi ilə 48 ayadək, üstəlik, sığortasız və komissiyasız şərtlərlə təklif edir.
Kampaniya 31 mart tarixinədək keçərlidir. Kampaniya şərtləri ilə bağlı ətraflı məlumatı www.naxcivanbank.az saytından öyrənə bilərsiniz.
Həmçinin banka yaxınlaşmadan “Naxçıvanbank”ın saytından da krediti onlayn sifariş etmək mümkündür.
Ətraflı məlumat üçün bankın 1185 çağrı mərkəzi ilə əlaqə saxlayın.