“Twitter”in gəliri ötən ilin dekabrında 40 faiz azalıb

A- A A+

ABŞ-ın “Twitter” şirkətinin ötən ilin dekabrında gəliri reklamçıların əməkdaşlıq etməməsindən sonra təxminən 40 faiz azalıb.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Qəzet vurğulayır ki, maliyyə göstəricilərinin aşağı düşməsinə İlon Maskın şirkəti almasından sonra reklamçıların “Twitter” ilə əməkdaşlıqdan imtina etməsi səbəb olub.

CNN-in fevralın ortalarında verdiyi məlumata görə, İlon Maskın siyasəti ilə razılaşmadığı üçün reklam verənlərin yarıdan çoxu şirkətlə əməkdaşlığı dayandırıb. Qeyd olunub ki, ötən ilin oktyabrından yanvarın 25-dək aylıq reklam gəlirləri 60 faizdən çox azalaraq, 127 milyon dollardan 48 milyon dollara düşüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: