Naxçıvanda elektronlaşma sahəsində işlər genişləndirilib - VİDEO

A- A A+

Naxçıvanda elektronlaşma sahəsində görülən işlər davam etdirilir.

Muxtar respublikanın dövlət orqanlarında elektron xidmətlərdən istifadə imkanları artırılır.  

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “AzstateNet” internet, voice və data şəbəkəsinin qurulması üzrə işlər də həyata keçirilir. 2023-cü ilin yanvar-fevral ayları ərzində Naxçıvan Muxtar Respublikasındakı bir sıra dövlət qurumlarının internet səhifələrinin “AzstateNet” şəbəkəsində yerləşdirilməsi təmin edilib.

Bununla yanaşı nazirlik tərəfindən muxtar respublikada 2022-ci il ərzində 12-si vətəndaş, 54-ü sahibkar, 64-ü hüquqi şəxs və 262-si dövlət qurumu olmaqla, ümumilikdə 392, cari ilin yanvar-fevral aylarında isə 3-ü sahibkar, 10-u hüquqi şəxs və 48-i dövlət qurumu olmaqla, cəmi 61 elektron imza sertifikatı istifadəçilərə təqdim edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: