Son bir ildə Şuşa şəhərini dayanıqlı su təchizatı ilə təmin etmək üçün müvafiq qurumlarımız böyük işlər görüblər. Bu sahədə artıq işlərin birinci mərhələsi yekunlaşıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri jurnalistlərə müsahibəsində Prezidentin Şuşa rayonu üzrə xüsusi nümayəndəsi Aydın Kərimov deyib.
Onun sözlərinə görə, hazırda Şuşada şəhərdaxili su-kanalizasiya şəbəkəsinin layihələndirmə işləri aparılır. Bu ilin ortalarından inşaat işlərinə başlanılacaq.
Şuşada müasir elektrik şəbəkəsinin qurulacağını söyləyən Prezidentin xüsusi nümayəndəsi bununla da gələcəkdə bu qədim şəhərdə dayanıqlı enerji şəbəkəsinin olacağını bildirib: “Həmçinin görüləcək işlər sayəsində yaxın bir neçə il ərzində Şuşaya təbii qaz veriləcək”.