Cari ilin yanvar-fevral aylarında hava nəqliyyatı ilə 332,6 min və ya 52,2 faiz çox sərnişin daşınıb.
Dövlət Statistika Komitəsindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, daşımaların 99,9 faizi dövlət, 0,1 faizi isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib. Bu nəqliyyat növü ilə yükdaşıma 79,4 faiz azalaraq 21,3 min ton olub.