“Fly Arystan” Astanadan Bakıya birbaşa uçuşlar həyata keçirəcək.
NUHÇIXAN İnformasiya Agentliyi aviaşirkətə istinadla xəbər verir ki, Astana-Bakı marşrutu iyunun 2-dən bazar ertəsi və cümə günləri yerinə yetiriləcək.
Xatırladaq ki, AZAL martın 17-dən həftədə iki dəfə - çərşənbə axşamı və cümə günləri Almatıya müntəzəm uçuşları bərpa edib.