“İraero” aviaşirkəti Omsk-Bakı marşrutu üzrə uçuşlar həyata keçirəcək

A- A A+

Rusiya Federal Hava Nəqliyyatı Agentliyi İrkutskun “İraero” aviaşirkətinin Omsk-Bakı marşrutu ilə uçuşlar həyata keçirməsinə icazə verib.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, sənəd agentliyin saytında dərc olunub. Uçuşlar həftədə üç dəfə yerinə yetiriləcək.

Qeyd edək ki, 2021-ci ildə “Red Vings” aviaşirkəti Omsk-Bakı marşrutu ilə uçuşlar həyata keçirəcəyini elan etmişdi. Lakin bu reyslər yerinə yetirilmədi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: