Yaşıl enerji konsepsiyasının muxtar respublikada geniş tətbiqi üzrə yaradılan işçi qrupu Naxçıvana səfər edib - YENİLƏNİB - VİDEO

A- A A+

Prezident İlham Əliyev fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclasında çıxışı zamanı bildirib ki, Azərbaycan hökuməti Naxçıvan Muxtar Respublikasında ən azı 500 meqavatlıq günəş elektrik stansiyasının tikintisinin mümkünlüyünü nəzərdən keçirir. Artıq bu sahədə müvafiq işlərə başlanılıb. Yaşıl enerji konsepsiyasının muxtar respublikada geniş tətbiqi üzrə yaradılan işçi qrupu Naxçıvanda səfərdə olub.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, aprelin 5-də Azərbaycan Respublikasının energetika nazirinin müavini Elnur Soltanovun rəhbərlik etdiyi işçi qrupu Naxçıvana gəlib.

Səfər Ulu Öndərin Naxçıvandakı abidəsini ziyarət və Heydər Əliyev muzeyi ilə tanışlıqla başlayıb.

Naxçıvan Biznes Mərkəzində Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin və Qaz İstismar Xidmətinin əməkdaşları ilə görüş keçirilib. Görüşdə Azərbaycan Respublikasının energetika nazirinin müavini, işçi qrupunun rəhbəri Elnur Soltanov, işçi qrupunun üzvü, Ali Məclisin Aparat rəhbəri Ülvi Hüseynli, Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Xidmətinin rəisi Namiq Paşayev, Qaz İstismar Xidmətinin rəisi Ramin İsmayılov mövcud vəziyyətlə bağlı danışıblar.

Sonra Culfa Külək-Günəş Hibrid Elektrik Stansiyasına, Naxçıvan Modul Elektrik Stansiyasına, Naxçıvan Qaz Kompressor Stansiyasına, Naxçıvan Günəş Elektrik Stansiyasına və yeni günəş panellərinin qurulması nəzərdə tutulan əraziyə baxış keçirilib. Həmçinin qonaqlar Duzdağ Fizioterapiya Mərkəzində olublar.

***

Səfərin sonunda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli Azərbaycan Respublikasının energetika nazirinin müavini Elnur Soltanovun rəhbərlik etdiyi işçi qrupu ilə görüşüb, yaşıl enerji konsepsiyasının muxtar respublikada tətbiq imkanları müzakirə olunub, bu sahədə işlərin sürətləndirilməsinin vacibliyi diqqətə çatdırılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: