ABŞ Orta Dəhliz layihəsinin inkişafını dəstəkləyir

A- A A+

ABŞ beynəlxalq nəqliyyat əlaqələrinin inkişafını təmin edən Orta Dəhliz layihəsini dəstəkləyir.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri Bakıda keçirilən ABŞ-Azərbaycan iş adamlarının görüşündən sonra Amerika ticarət nazirinin qlobal bazarlar üzrə köməkçisi Arun Venkataraman deyib.

O bildirib ki, Azərbaycan da daxil olmaqla, regiondakı tərəfdaşlarımızı müxtəlif proqramlarla dəstəkləmək imkanlarımız var. Orta Dəhliz regionda ticarətin inkişafına böyük imkanlar yaradacaq və buna görə də dəhlizin müvəffəqiyyətli olması üçün bütün səylərə dəstək verəcəyik. Dəhliz boyu yerləşən bütün ölkələr bu imkandan faydalanacaq və regionun inkişafına stimul verəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: