Ani mesajlaşma proqramları vasitəsilə vətəndaşlara məşhur şirkətlərin adından saxta iş təklifləri göndərilir.
Elektron Təhlükəsizlik Xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, həmçinin vətəndaşlardan saxta keçidlər vasitəsilə fərdi məlumatlarını, əsasən də bank kartı məlumatlarını daxil etmələri tələb olunur. Elektron Təhlükəsizlik Xidməti vətəndaşlara belə vədlərə inanmamağı, saxta keçidlər vasitəsilə fərdi məlumatlarını daxil etməməyi tövsiyə edir.