Naxçıvan Muxtar Respublikasında büdcəyə vergi daxilolmalarında müsbət dinamika davam edir.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, cari ilin birinci rübündə muxtar respublikanın Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 36,6 milyon manat vergi daxil olub. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 34,5 faiz çoxdur.
Təkcə bu ilin mart ayında vergi daxilolmaları 2022-ci ilin müvafiq dövrünə nisbətən 55,5 faiz və ya 5,1 milyon manat artıb.