“Instagram” hesabınızın təhlükəsizliyini qorumaq üçün vacib məqamlar

A- A A+

“Instagram” hesabınızın təhlükəsizliyini təmin etmək üçün bəzi məqamlara diqqət yetirmək vacibdir.

NUHÇIXAN İnformasiya Agentliyi Elektron Təhlükəsizlik Xidmətinin məlumatına istinadən xəbər verir ki, hesaba mürəkkəb şifrənin təyin edilməsi vacibdir. Həmçinin ikifaktorlu təsdiqləmə funksiyasını aktivləşdirin. Etibarlılığına əmin olmadığınız üçüncü tərəf proqramlar vasitəsilə giriş məlumatlarınızı daxil etməyin.

Təhlükəsizlik > Giriş hərəkətləri bölməsindən hesabınıza daxil olan cihazları nəzərdən keçirin.

E-poçtunuza hesabınızla əlaqədar göndərilən mesajların isə “@mail.instagram.com” domen adından gəldiyinə əmin olun.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: