"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) aşağıbüdcəli törəməsi “Buta Airways” şirkətinin J2-9223 nömrəli Bakı-Tbilisi reysini yerinə yetirən hava gəmisinin kapitanı Tbilisi Beynəlxalq Hava Limanı ətrafındakı tufanla əlaqədar uçuş hava limanına qayıtmaq qərarına gəlib.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə AZAL-dan bildirilib.
Məlumata görə, təyyarə saat 10:56-da Heydər Əliyev Beynəlxalq Aeroportuna enib. Sərnişinlər hava şəraiti yaxşılaşdıqdan sonra Tbilisiyə yola düşəcəklər.