“Azərkosmos” Beynəlxalq Astronavtika Federasiyasına üzv olub - FOTOLAR

A- A A+

“Azərkosmos” ASC dünyanda kosmik sahə üzrə nüfuzlu tədbirlərindən hesab olunan 69-cu “Beynəlxalq Astronavtika 2018 Konqresi”ndə təmsil olunub.

ASC-dən NUHÇIXAN-a verilən məlumata görə, Beynəlxalq Astronavtika Federasiyasının təşəbbüsü ilə ildə bir dəfə keçirilən “Beynəlxalq Astronavtika 2018 Konqresi”ndə bütün dünyadan olan astronavtika üzrə alimlər, kosmik agentliklərin, beynəlxalq təşkilatların, özəl sektorun təmsilçiləri olmaqla ümumilikdə 4500-dən çox nümayəndə iştirak edib.

Konqres çərçivəsində “Azərkosmos” Beynəlxalq Astronavtika Federasiyasının üzvlüyünə qəbul olunub. “Azəkosmos” federasiyaya üzv olmaqla kosmik araşdırmalar sahəsində dünyanın aparıcı elmi mərkəzləri ilə səmərəli əməkdaşlıq münasibətlərinin qurulması və birgə tədqiqatların aparılması imkanları əldə edib.

Həmçinin, konqresdə müxtəlif ölkələrin kosmik agentlik və qurum rəhbərləri ilə “Azərkosmos”un fəaliyyəti, xidmətləri, qarşılıqlı faydalı əməkdaşlığın və təcrübə mübadiləsinin aparılması müzakirə olunub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: