Bu il yanvarın 1-nə Naxçıvan MR-də yeni nəsil nəzarət-kassa aparatlarının sayı 73 ədəd olduğu halda, bu ilin 3 ayında 19 dəfədən çox artaraq 1 415 ədəd təşkil edib.
Bu barədə NUHÇIXAN İnformasiya Agentliyinə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən məlumat verilib.
Məlumata görə, əgər ötən ilin sonuna obyektlərin 3,8 %-də yeni kassa aparatları quraşdırılmışdısa, martın sonuna bu nisbət 70,2 % təşkil edib.
Yeni nəsil nəzarət-kassa aparatlarının tətbiqi hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.