Yanvar-mart aylarında Azərbaycandakı magistral təbii qaz kəmərləri ilə 11 milyard 520,3 milyon kubmetr təbii qaz nəql edilib və əvvəlki ilin eyni aylarına nisbətən 7 faiz artım müşahidə olunub.
Dövlət Statistika Komitəsindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, üç ayda qaz nəqlinin 47,8 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri - CQBK) boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə 5 milyard 511,4 milyon kubmetr təbii qaz ixrac edilib.