Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov İsrailin Holon şəhərinin merinin müavini, İsrail-Azərbaycan İşgüzar Şurasının İdarə Heyətinin sədri Maykl Sutovski ilə görüşüb.
KOBİA-dan NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, görüşdə hər iki ölkənin sahibkarları arasında əməkdaşlığın genişləndirilməsi üçün birgə təşəbbüslərə, iş adamları arasında potensial tərəfdaşlıq sahələrinə və gələcək əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.