Orxan Məmmədov: “KOBİA-nın Naxçıvanda 5 nümayəndəsi fəaliyyətə başlayacaq" - VİDEO

A- A A+

“Naxçıvan şəhəri, Culfa, Sədərək və Şahbuz rayonlarında KOB dostları fəaliyyət göstərəcək. Məqsəd Naxçıvanın iqtisadi potensialından maksimum istifadə etməklə KOB dostları vasitəsilə sahibkarlığın inkişafına və yeni KOB subyektlərinin yaranmasına dəstək olmaq, eləcə də KOBİA-nın dəstək və xidmətlərini Naxçıvan sahibkarları üçün daha əlçatan etməkdir”.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu fikirləri KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov bu gün Naxçıvanda sahibkarlarla keçirilən görüşdə səsləndirib.

Qeyd edək ki, bu gün Naxçıvanda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyətə başlaması münasibətilə Naxçıvan Biznes Mərkəzində görüş keçirilib. Görüşdə Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi İdarə Heyətinin sədri Orxan Məmmədov, Naxçıvan Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının sədri Vüqar Abbasov və naxçıvanlı sahibkarlar iştirak ediblər.

Tədbirdən sonra qonaqlar “Bolmart” supermarketlər şəbəkəsinin Naxçıvan filialının açılışını ediblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: