Türkiyə təbii qaz idxalından asılılığını azaldır

A- A A+

Türkiyə Qara dənizdə çıxarılan təbii qazın istismarına başlayır.

NUHÇIXAN İnformasiya Agentliyi Türkiyə mətbuatına istinadla xəbər verir ki, Prezident Rəcəb Tayyib Ərdoğan bu gün axşam Filyosda Qara dəniz qazının istismara verilməsi mərasimində iştirak edəcək.

Qeyd edək ki, Türkiyənin Qara dənizdəki yataqlardan əldə edəcəyi təbii qaz ölkənin idxaldan asılılığını 25-30 faiz azaltmağa imkan verəcək.

Enerji və təbii sərvətlər naziri Fatih Dönməz “TRT” kanalına müsahibəsində bildirib ki, Türkiyə indiyədək istehlak etdiyi qazın cəmi 1 faizini özü istehsal edir. Həmçinin Fatih Dönməz Qabar dağlarında neft aşkar edilməsi məsələsinə toxunub, oradakı yataqlardan 150 milyon bareldən çox neft çıxarıla biləcəyinin ehtimal olunduğunu vurğulayıb.

Qeyd edək ki, Qara dəniz qazı BOTAŞ emal müəssisəsinə gedəcək. Qazın emal olunduqdan sonra mayın ilk həftəsində abonentlərə veriləcəyi gözlənilir.

Xatırladaq ki, 2020-ci ilin avqustunda Sakarya qaz yatağındakı “Tuna-1” quyusunda Fatih qazma gəmisi tərəfindən aparılan qazma işləri nəticəsində 320 milyard kubmetr təbii qaz kəşf edilib. 2020-ci ilin oktyabrında “Dunay-1” quyusunda qazma işləri başa çatdıqdan sonra quyudakı ehtiyatın həcmi 85 milyard kubmetr yenidən nəzərdən keçirilməklə 405 milyard kubmetrə çatdırılıb.

Qeyd edək ki, Türkiyədə indiyədək kəşf olunan qaz ehtiyatlarının ümumi həcmi 710 milyard kubmetrdir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: