“AsanPay” ödəniş platforması adından “asanodeme.com” adlı saxta veb-səhifə yaradılaraq vətəndaşlara pulsuz mobil internet və danışıq dəqiqələri qazanmaları təklif olunur.
Elektron Təhlükəsizlik Xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, saxta veb-səhifə vasitəsilə vətəndaşlardan vəd olunan bonusları qazanmaları üçün bank və digər fərdi məlumatlarını daxil etmələri tələb olunur.
Xidmət vətəndaşlara belə vədlərə etimad etməməyi, hər hansı qurumun həyata keçirdiyi kampaniyalarla bağlı məlumatlarla qarşılaşdıqda ilk növbədə həmin qurumla əlaqə saxlamağı və yaxud qurumun rəsmi veb-saytına daxil olaraq məlumatı dəqiqləşdirmələrini tövsiyə edir.