Bu il Şərurda 10 hektar ərazidə tütün əkini aparılacaq - FOTOLAR
Muxtar respublikada kənd təsərrüfatının bütün sahələri kimi tütünçülüyün inkişafı da prioritetdir. Çünki tütün aqrar sahənin ən çox gəlir gətirən və məhsuldar sahələrindəndir.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, hazırda Şərur, Babək və Kəngərli rayonlarında növbəti ilin məhsulu üçün tütün yetişdirilir.
Bu il Şərur rayonunun Püsyan kəndində 10 hektar ərazidə tütün əkilməsi nəzərdə tutulub. Artıq 6 hektarda işlər yekunlaşıb.
Qeyd edək ki, ötən il Şərurda 8 hektarda tütün əkini aparılıb, 9,6 ton quru tütün əldə edilib. Məhsuldarlıq hər hektarda 12 sentner təşkil edib.
Mədinə Rəhimli