AZAL Avropaya birbaşa uçuşların sayını artıracaq

A- A A+

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Avropanın şəhərlərinə birbaşa uçuşların sayını artırmağı planlaşdırır.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bunu AZAL-ın I vitse-prezidenti Samir Rzayev bildirib.

O, aviaşirkətin həyata keçirəcəyi birbaşa uçuşlarda rahatlığın və yüksək səviyyəli xidmətin təmin olunacağına əminliyini ifadə edib.

Xatırladaq ki, mayın 2-dən AZAL Bakıdan Avstriyanın paytaxtı Vyanaya birbaşa uçuşlara başlayacaq. Aviareyslər hər həftənin çərşənbə axşamı və cümə günləri yerinə yetiriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: