“The Washington Post” Avropa ölkələrinin Azərbaycanla qaz razılaşmasından yazıb

A- A A+

Avropa ölkələri və Azərbaycan qaz tədarükünü artırmaq barədə razılığa gəliblər.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu, məşhur “The Washington Post” qəzetinin Azərbaycan, Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiya ilə bağlı məqaləsində yer alıb.

Qeyd edilir ki, Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın milli qaz sisteminin operatorları Azərbaycandan təbii qaz nəqlini artırmaq barədə razılığa gəliblər.

“Moskvanın Ukraynaya hücumundan sonra Avropa İttifaqı Avropanın enerji mənbələrini Rusiya qazından uzaqlaşdırmağa çalışır. (Ötən il-red) İyul ayında Aİ 2027-ci ilə qədər Azərbaycan qazının idxalını iki dəfə artıraraq ildə 20 milyard kubmetrə çatdırmaq üçün bu ölkəylə anlaşma memorandumu imzalayıb”, - “The Washington Post” qeyd edib.

"Bolqarıstan təbii qazı Yunanıstanla birləşdirici vasitəsilə Azərbaycandan İtaliyaya çatdırmaq üçün çoxseqmentli boru kəməri layihəsi olan Cənub Qaz Dəhlizinə bağlıdır. Bağlayıcı Bolqarıstana 1 milyard kubmetr Xəzər qazı tədarük etməyə imkan verir ki, bu da ölkənin tələbatının demək olar ki, üçdə birini ödəyir və həcmini ildə 5 milyard kubmetrə çatdırmaq imkanına malikdir", - “The Washington Post” vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: