Bu ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikasında 1 441 yeni vergi ödəyicisi qeydiyyata alınıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Məlumata görə, bunların 87,6 %-i fiziki şəxslər, 12,4 %-i hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə yeni qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 2,3 dəfə, o cümlədən fiziki şəxslərin sayı 2 dəfə, hüquqi şəxslərin sayı isə 36 dəfə artıb.
I rübdə kommersiya qurumlarının 40 %-i elektron qaydada, 60 %-i kağız daşıyıcılar vasitəsilə edilmiş müraciətlər əsasında uçota alınıb.