Naxçıvanda qeydiyyata alınmış vergiödəyicilərinin sayı 2,3 dəfə artıb

A- A A+

Cari ilin yanvar-mart aylarında Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətində 1441 yeni vergiödəyicisi qeydiyyata alınıb.

NUHÇIXAN İnformasiya Agentliyi Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, bunların 87,6 faizi fiziki şəxslər, 12,4 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə qeydiyyata alınmış vergiödəyicilərinin sayı 2,3 dəfə, o cümlədən fiziki şəxslərin sayı 2 dəfə, hüquqi şəxslərin sayı isə 36 dəfə artıb.

Cari ilin birinci rübündə kommersiya qurumlarının 40 faizi elektron qaydada, 60 faizi kağız daşıyıcılar vasitəsilə edilmiş müraciətlər əsasında uçota alınıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: