"Google" və "YouTube"un ana şirkəti olan "Alphabet" maliyyə ilinin üçüncü rübünün maliyyə nəticələrini paylaşıb.
NUHÇIXAN İnformasiya Agentliyinin məlumatına görə, "Alphabet" ümumilikdə gəlirləri artırmağı bacarıb, lakin xalis mənfəət və reklam gəlirlərində azalma müşahidə edilib. Buna görə "YouTube"un reklam gəlirlərindəki çöküş davam edib.
Paylaşılan məlumatlara görə, reklam verənlərin iqtisadi qeyri-müəyyənlik səbəbindən platformadan çıxması nəticəsində "YouTube"un reklam gəlirləri illik müqayisədə 2,6 faiz azalıb. Ötən ilin eyni dövründə "YouTube"un reklam gəliri 6,87 milyard dollar olub. 2023-cü ilin birinci maliyyə rübündə bu rəqəm 6,69 milyard dollara düşüb.