Bu ilin I rübündə Naxçıvan Muxtar Respublikasında 110,7 milyon manat məbləğində nağdsız əməliyyatlar aparılıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.
Bildirilir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,8 dəfə çoxdur.
Yanvar-mart aylarında kartlar vasitəsilə həyata keçirilən nağdsız ödənişlərin 17,4 milyon manatı POS-terminalların, 93,3 milyon manatı isə internet və digər ödəniş vasitələrinin payına düşüb.