Naxçıvan "yaşıl enerji" zonasına çevrilir - NTV-nin reportajı - VİDEO

A- A A+

"Azərbaycan hökuməti Naxçıvan Muxtar Respublikasında ən azı 500 meqavatlıq günəş enerjisi stansiyasının tikintisinin mümkünlüyünü nəzərdən keçirir".

Bu fikri Prezident İlham Əliyev fevralın 3-də Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarında çıxışında deyib.

Artıq Prezident İlham Əliyevin uğurlu enerji siyasəti sayəsində blokada şəraitində yaşayan Naxçıvan "yaşıl enerji" məkanına çevrilir. Hazırda muxtar respublikada iri enerji layihələri reallaşdırılır.

Naxçıvan televiziyasının əməkdaşları muxtar respublikanın "yaşıl enerji" potensialı, bu konsepsiyanın Naxçıvanda tətbiqi ilə bağlı görülən işlər barədə geniş reportaj hazırlayıblar.

NUHÇIXAN İnformasiya Agentliyi reportajı təqdim edir:

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: