Maliyyə Tədris Mərkəzində təkmilləşdirici kurslar yekunlaşıb - FOTOLAR

A- A A+

NUHÇIXAN xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində  noyabrın 5-dən 8-dək keçirilən  növbəti təkmilləşdirici kursda 21 mənzil-kommunal təsərrüfatı profilli müəssisələrindən 21 nəfər mühasibatlıq işçisi iştirak edib. Kursda müvafiq mövzularla bağlı təlimlər keçirilib.

Bu Mərkəzin sayca 11-ci təlimidir. Kurs dövründə Maliyyə Nazirliyinin, Naxçıvan Muxtar Respublikası Prokurorluğunun, Vergilər Nazirliyinin və Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşlarının müxtəlif mövzularda çıxışları dinlənilib.

Peşəkarlıq səviyyəsinin qiymətləndirilməsidən sonra dinləyicilərə sertifikatları təqdim olunub.

Qeyd edək ki,  12 saat tədris olunan kurs 4 gün davam edib.

Əbülfəz Dünyamalıyev

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: