“Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları istismara veriləndən bu il mayın 1-dək AÇG-dən 208 milyard kubmetr, “Şahdəniz”dən isə 192 milyard kubmetr qaz hasil edilib.
Energetika Nazirliyindən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, bu dövrdə “Şahdəniz” yatağından hasil edilən qazın 135 milyard kubmetrə yaxını ixraca nəql olunub.
“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən mayın 1-dək 615 milyon tona yaxın neft (kondensatla birlikdə) hasil edilib. AÇG-dən 573 milyon ton neft, “Şahdəniz”dən isə 42 milyon tona yaxın kondensat çıxarılıb. Bunun 612,8 milyon tonu ixraca nəql olunub.