Dünya bazarında Azərbaycan neftinin qiyməti cüzi ucuzlaşıb.
NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 0,31 dollar azalaraq 77,87 dollar olub.
Xatırladaq ki, Azərbaycan neftinin bir barelinin ötən il ərzində maksimum qiyməti martın 9-da (135,99 dollar) qeydə alınmışdı.