Rusiya və İran Reşt-Astara dəmir yolunun İrandan keçən hissəsinin inşası barədə sazişi imzalayıblar

A- A A+

Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması sahəsində qarşılıqlı fəaliyyət Azərbaycan ilə sıx əməkdaşlıq şəraitində həyata keçirilir. Biz Azərbaycan tərəfinin iştirakı ilə üçtərəfli formatda dəmir yolu infrastrukturunun inkişafı və Şimal-Cənub marşrutu üzrə yük daşımalarına dair əməkdaşlıq haqqında sazişin imzalanmasına hazırlığın tezliklə başa çatacağına ümid edirik. Bununla da üç ölkənin gələcək uğurlu koordinasiyası üçün zəruri hüququ baza yaranacaq.

NUHÇIXAN İnformasiya Agentliyi xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Reşt-Astara dəmir yolunun İrandan keçən hissəsinin inşası barədə iki ölkə arasında sazişin imzalanma mərasimində söyləyib.

Sazişi iki ölkənin nəqliyyat nazirləri imzalayıblar. Mərasimdə Rusiya Prezidenti Vladimir Putin videoəlaqə vasitəsilə iştirak edib.

Sazişə əsasən, Rusiya və İran uzunluğu 170 kilometr olan və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizini birləşdirən Reşt-Astara dəmir yolunun layihələndirilməsi və inşasını birgə maliyyələşdirəcəklər. İran Astarası ilə Azərbaycan Astarası arasında olan sahə isə Azərbaycan, Rusiya və İranın iştirakı ilə inşa olunacaq.

Rusiya Prezidenti Vladimir Putin Reşt-Astara dəmir yolunun tikintisini dünya nəqliyyat infrastrukturu üçün mühüm hadisə adlandırıb. O vurğulayıb ki, Şimal-Cənub nəqliyyat arteriyasının bir hissəsi olacaq Reşt-Astara dəmir yolu yük daşımalarını şaxələndirməyə imkan verəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: