Mühasib və tələbələr arasında III muxtar respublika müsabiqəsi keçirilib - FOTOLAR

A- A A+

Naxçıvan Muxtar Respublikasının  Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi tərəfindən  Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Yeni dövrün ən yaxşı mühasibi”  III muxtar respublika müsabiqəsi keçirilib.

Naxçıvan Maliyyə Nazirliyinin mətbuat xidmətindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, müsabiqədə muxtar respublikanın müəssisə və təşkilatlarında çalışan maliyyə-mühasibat işçiləri, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri, bu sahəyə marağı olan digər şəxslər də daxil olmaqla, onlayn qeydiyyatdan keçmiş 48 nəfər iştirak edib.

Əvvəlcə Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova çıxış edərək ulu öndər Heydər Əliyevin Azərbaycanın iqtisadi inkişafındakı misilsiz xidmətlərindən bəhs edib. Bildirilib ki, müsabiqənin keçirilməsində məqsəd mühasiblər arasında rəqabətin artırılmasına, bilik və bacarıqlarının təkmilləşdirilməsinə şərait yaratmaq, əmək bazarında mühasib peşəsinə olan marağı stimullaşdırmaqdan ibarətdir.

Müsabiqə Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və hüquq fakültəsində keçirilən müsabiqə zamanı büdcə və kommersiya təşkilatlarında çalışan mühasiblər, həmçinin tələbələr üçün uyğun olan fərqli sual kitabçaları təqdim olunub.  

Qiymətləndirmə sualların çətinlik dərəcəsinə görə aparılaraq, hər mərhələ üzrə 50 bal, ümumilikdə 100 bal üzərindən hesablanıb.

Mühasib və tələbələr arasında ilk üç yerin sahiblərinə plaket, diplom  və hədiyyələr təqdim edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: