Bakı-Tbilisi-Ərzurum kəməri ilə 7,3 milyard kubmetrdən çox təbii qaz ötürülüb

A- A A+

Cari ilin yanvar-aprel aylarında Azərbaycandakı magistral təbii qaz kəmərləri ilə 14 milyard 711,7 milyon kubmetr təbii qaz nəql edilib. Bu da əvvəlki ilin eyni aylarına nisbətən 5,7 faiz artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən NUHÇIXAN İnformasiya Agentliyinə verilən məlumata görə, dörd ayda qaz nəqlinin 49,9 faizi Bakı-Tbilisi-Ərzurum (Cənubi Qafqaz Boru Kəməri - CQBK) boru kəməri vasitəsilə həyata keçirilib və bu kəmərlə 7 milyard 346,4 milyon kubmetr təbii qaz ixrac edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: