Milli Məclisdə 2022-ci il üzrə dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsi müzakirə edilir

A- A A+

“Büdcə sistemi haqqında” Qanunun 20.2-1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi hazırlanıb.

Qanun layihəsinə əsasən, 2022-ci il dövlət büdcəsinin icrası üzrə gəlirlər 30 679 646,4 min manat, xərclər isə 32 064 568,0 min manat məbləğində olmaqla təsdiq edilir.

NUHÇIXAN  xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin mayın 24-də keçirilən iclasının gündəliyində birinci oxunuşda müzakirəyə çıxarılan “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində öz əksini tapıb.

Beləliklə, 2022-ci il üzrə dövlət büdcəsinin icrası ilə bağlı hazırlanan hesabata əsasən 2022-ci il dövlət büdcəsinin gəlirləri 29197,8 milyon manat proqnoza qarşı 30679,6 milyon manat və ya 1481,8 milyon manat (5,1 faiz), 2021-ci ilin dövlət büdcəsinin faktiki gəlirləri ilə müqayisədə isə 4283,4 milyon manat və ya 16,2 faiz çox icra olunub. Dövlət büdcəsi gəlirlərinin ÜDM-də xüsusi çəkisi 22,9 faiz təşkil edib.

Gündəlikdə yer alan dörd məsələdən biri də “Türk İnvestisiya Fondunun yaradılması haqqında” Sazişin təsdiq edilməsi barədə qanun layihəsidir.

“Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi ikinci oxunuşda, Torpaq Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində, “Torpaq islahatı haqqında”, “Energetika haqqında”, “Torpaq icarəsi haqqında”, “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında”, “Torpaq bazarı haqqında”, “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında”, “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə” və “Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadə haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi isə üçüncü oxunuşda təqdim edilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: