Naxçıvan sakinlərinə “ƏDV geri al” layihəsi çərçivəsində 157,1 min manat qaytarılıb.
Bu barədə NUHÇIXAN –a Naxçıvan Vergi Xidmətindən məlumat verilib.
Belə ki, 2023-cü ilin yanvar-aprel aylarında istehlakçılara ümumilikdə 545.232 kassa çeki üzrə 157,1 min manatdan çox, cari ilin aprel ayında isə 182.721 kassa çeki üzrə 52,6 min manatdan artıq ƏDV məbləği geri qaytarılıb.
Yanvar ayı ilə müqayisədə aprel ayında kassa çekləri üzrə 3,9 dəfə, qaytarılan məbləğ üzrə 2,5 dəfə artım olub.
Qeyd edək ki, hazırda nağdsız qaydada ödənilmiş ƏDV-nin 17,5 faizi, nağd qaydada ödənilmiş ƏDV-nin isə 5 faizi istehlakçılara geri qaytarılır.