Naxçıvanda kağız məhsulları istehsalı sahəsi fəaliyyətə başlayıb - VİDEO

Sahibkarlıq mühitində yeni üfüqlər: Naxçıvanda müasir istehsal müəssisələri yaradılır, yeni iş yerləri açılır

A- A A+

Muxtar respublikada azad biznes mühitinin formalaşması sahibkarlıq subyektlərinin daha səmərəli fəaliyyətinə və yeni iş yerlərinin açılmasına şərait yaradır.

NUHÇIXAN xəbər verir ki, mayın 27-də “Ləzzət Qida Sənaye” MMC-nin tərkibində yeni “Kağız Məhsulları İstehsalı” sahəsi fəaliyyətə başlayıb.

Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə məlumat verilib ki, istehsal və anbar sahələrindən ibarət olan müəssisənin yaradılması üçün 2 milyon 570 min 502 manat vəsait ayrılıb. Bu vəsaitin 550 min manatını dövlət maliyyə dəstəyi təşkil edir.

Türkiyə istehsalı olan müasir avadanlıqlar vasitəsilə istehsal və paketləmə prosesi tam avtomatlaşdırılıb. Müəssisədə 5 istehsal xətti fəaliyyət göstərir. 4 növdə, 8 çeşiddə və müxtəlif ölçülərdə salfet, 1 növdə karton-rulon istehsalı həyata keçirilir. Salfet istehsalı avadanlıqlarının istehsal gücü saatda 300-350 ədəddir. Karton-rulon istehsalı isə tələbata uyğun təmin edilir. Müəssisədə istehsal olunan məhsulların xammalı Türkiyə Respublikasından alınır və 100% sellüloz maddələrdən əldə edilir. Alternativ xammal tədarükü məqsədilə Rusiya Federasiyasının müvafiq şirkəti ilə danışıqlar aparılır.

Yeni istehsal müəssisəsində 20 nəfər işlə təmin olunub və satışdan asılı olaraq işçi sayının artırılması planlaşdırılır. İşçilər xüsusi geyimlə təmin edilib. Yemək və çay təminatı müəssisə tərəfindən həyata keçirilir.

 

Yeni yaradılan “Naxçıvan Şərab” MMC-də 30-a yaxın işçi çalışacaq

 

“Ləzzət Qida Sənaye” MMC-nin tərkibində şərab istehsalı müəssisəsi də fəaliyyətə başlayacaq.

Yeni yaradılan “Naxçıvan Şərab” MMC-nin ərazisində aparılan tikinti və quraşdırma işləri ilə tanış olan Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfliyə məlumat verilib ki, müəssisə istehsal, qablaşdırma, laboratoriya və anbar sahələrindən ibarətdir. İstehsal sahəsində və laboratoriyada Türkiyə, Danimarka, ABŞ, Avstriya və Almaniya istehsalı olan müasir avadanlıqlar, eləcə də Rusiya istehsalı olan gümüş filterlər quraşdırılacaq.

İstehsal gücü saatda 5 min butulka və ya günlük 20 ton məhsul olacaq müəssisədə ilkin olaraq 4 çeşiddə araq istehsal olunacaq. Növbəti mərhələdə isə şərab, viski və konyak məhsullarının da istehsalı nəzərdə tutulur. Müəssisə fəaliyyətə başladıqdan sonra ilkin olaraq 30-a yaxın işçi çalışacaq.

 

 

"Nuhçıxan" İnformasiya Agentliyi

 

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: