Azərbaycan manatının dövretmə sürəti cüzi azalıb

A- A A+

Bu il mayın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,97 bənd təşkil edib.

Bu barədə NUHÇIXAN Azərbaycan Mərkəzi Bankının (AMB) hesabatına istinadən xəbər verir.

Bu göstərici 2023-cü ilin aprelin 1-i ilə müqayisədə 0,11 bənd, yanvarın 1-i ilə müqayisədə 0,56 bənd, 2022-ci ilin mayın 1-nə nisbətən isə 0,93 bənd azdır.

Xatırladaq ki, manatın dövretmə sürətinin son 17 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi də 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: