Hesabat ilində qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmində 13,6 faiz artım qeydə alınıb

A- A A+

2022-ci ildə əsas kapitala yönəldilən vəsaitin məbləği 18,3 milyard manat təşkil edib. Əsas kapitala yönəldilmiş investisiyaların 80,6 faizi daxili mənbələr hesabına formalaşıb. İnvestisiyaların 5,4 milyard manatı neft, 12,9 milyard manatı isə qeyri-neft sektoruna yönəldilib. Hesabat ilində qeyri-neft sektoruna yönəldilmiş vəsaitin həcmində 13,6 faiz artım qeydə alınıb.

NUHÇIXAN xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin mayın 31-də keçirilən iclasının gündəliyinə daxil edilən 2022-ci ilin dövlət büdcəsinin icrası ilə bağlı qanun layihəsini təqdim edərkən bildirib.

Komitə sədri diqqətə çatdırıb ki, ötən il xarici ticarət üzrə əməliyyatların həcmi 56,2 milyard ABŞ dolları olub. Bunun 41,7 milyard dolları ixrac, 14,5 milyard dolları isə idxal əməliyyatlarının payına düşür.

Bildirilib ki, cari əməliyyatlar hesabında 23,5 milyard ABŞ dolları həcmində və ya əvvəlki illə müqayisədə 2,8 dəfə çox profisit qeydə alınıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: