Naxçıvanda 500 MVt-lıq böyük elektrik stansiyasının quraşdırılması planlaşdırılır. NUHÇIXAN xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli bu gün Şərurda yeni istifadəyə verilən günəş elektrik stansiyasının açılışında bildirib. Fuad Nəcəfli deyib ki, alternativ enerji sahəsində son vaxtlar Naxçıvanın potensialına investorların marağı artıb. Artıq bu sahədə investorlardan da real təkliflər gəlməkdədir. Və təkliflər sırasında 500 MVt-lıq böyük yaşıl enerji üzrə elektrik stansiyalarının quraşdırılması layihəsi də vardır.